İş görüşməsində bu cümlələri qurmayın

Məşhur «Buzzfeed» portalı iş görüşməsi zamanı qətiyyən işlədilməyəcək cümlələrdən ibarət yazı hazırlayıb.

1. Üzr istəyirəm, tıxac var idi
İş görüşməsi zamanı belə cümlə işlətmək, demək olar ki, «yox» cavabı almağa bərabərdir. Çünki sizi işə götürən şəxs ilk görüşə gecikdiyinizə görə hər gün gecikəcəyinizi düşünəcək.

2. Elə bildim ki, sizdə bunun başqa nüsxəsi var
Bəzi işə götürən şəxslər sizdən tərcümeyi-hal, ya da cv tələb edə bilər. Buna görə də özünüzlə 2 ədəd cv və ya tərcümeyi-hal aparmağınız məsləhətlidir.
Davamı →

İş axtarıram, amma tapa bilmirəm…

Son aylarda iş axtaran gənclərdən “iş axtarma” mövzusunda müxtəlif suallar alıram. Bu mövzuda olan bir sualın bir çox gəncdə olduğuna görə bu haqda fikirlərimi yazmağa qərar verdim ki, daha çox sayda gənclərimiz bu düşüncələrimdən faydalansın.

— Salam Fəxri müəllim. Universitet məzunuyam, iş tapmaqda çətinlik çəkirəm, ali təhsilim var, ancaq iş üçün nə qədər də müraciət etmişəmsə, olmur.

— Neçə yerə müraciət etmisən?

— Təxmini 5-6. Heç birindən də cavab olmadı. Mən iş tapa bilmirəm

Gənclər, xahiş edirəm: bu yazımı diqqətlə oxuyun.
 
Davamı →

Necə iş tapmalı?

Hər bir iş axtaran gənc həyatda ən azı bir dəfə belə suallar qarşısında dayanmaq məcburiyyəndə qalır: nə etməli, müraciəti hara yönəltməli. Əmək bazarında nə baş verdiyini anlamağa çalışır ki, iş tapa bilsin. Burada qəbahətli heç nə yoxdur, sadəcə şüurlu şəkildə yanaşma və planlaşdırmaya eytiyac var. 
Elə alınmasın ki, bu gün siz bir neçə müsahibədə iştirak edısiniz (və uyğun heç nə olmasın), sabah isə “boş gün” əmələ gəlsin. Əgər hər hansı bir mühüm məşguliyyət yoxdursa mütləq iş axtarmaqla bağlı ən azı bir tədbir planlaşdırın.
Məsələn, İş elanı ilə bağlı hər hansı bir telefon zəngi, və ya internet saytlarında axtarış, Rezumenizin hazırlanması və təkmilləşdirilməsi. CV-nin hazırlanma qaydası burada daha ətraflı təsvir olunur, sadəcə qeyd etmək istərdik ki çalışın orada orfoqrafik və qrammatik səhvlərə yol verilməsin, başadüşülməyən ixtisarlar və ya lüzumsus olaraq mürəkkəb, uzun-uzadı cümlələr yer almasın — siz memuar yazmırsınız. Unutmayın ki, Rezume-nin əsas məqsədi sizin şəxsiyyətinizə diqqəti cəlb etmək və bununla müsahibəyə dəvəti almaqdır. Sizin vəzifəsiniz müsbət təsir bağışlamaqdır.


Ardı →